Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







Bütün video xəbərlər ...

"TransCaspian 2014" - Nəqliyyat sənayesinin
ən mühüm regional tədbiri

12 iyun tarixində Bakı Ekspo Mərkəzində 13-cü Beynəlxalq "Nəqliyyat, tranzit və loqistika"  ("TransCaspian-2014") sərgisi və 4-cü Xəzər Beynəlxalq "Yol infrastrukturu və İctimai nəqliyyat" ("Road and Traffic 2014") sərgisinin açılışı oldu. Hər iki sərginin təşkilatçıları "Iteca Caspian LLC" və onun tərəfdaşı "ITE Group Plc" şirkətləridir.

Sərgilərin təntənəli açılışı mərasimində nəqliyyat nazirinin müavini Musa Pənahov iştirak etdi. Öz çıxışında nazir müavini vurğuladı ki, bu sərgilər Azərbaycanda bütün infrastrukturun inkişafına kömək edir. M. Pənahov bu tədbirdə yerli və xarici şirkətlərin birgə iştirakı, eləcə də sənayenin inkişafı üçün əla perspektivləri olan yeni məhsul, "nou-hau" və texnologiyaların nümayişi baxımından sərgilərin əhəmiyyətini qeyd etdi.

M. Pənahovun sözlərinə görə, son 10 il ərzində Azərbaycanın nəqliyyat sahəsi böyük uğurlara nail olmuşdur. Bu sahənin bütün istiqamətlərində iri infrastruktur layihələri həyata keçirilmişdir və Azərbaycan həmin layihələrdə iştirak edir. Bu uğurlar Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin müdrik rəhbərliyi və bu sahəyə davamlı diqqəti sayəsində mümkün olmuşdur. Məhz bu müddət ərzində ölkə iqtisadiyyatına çoxmilyardlı investisiyalar yatırılmış və onların sayəsində 9 min km uzunluğunda avtomobil yollarını, 250 körpünü və yol ötürücüsünü, eləcə də 6 beynəlxalq hava limanını inşa və təmir etmək, habelə tankerlər, bərələr, müasir təyyarələr və s. bu kimi məhsulları satın almaq mümkün olmuşdur. Bütün bu layihələrdə həm xarici, həm də yerli şirkətlər fəal iştirak edir. Sərgi isə bu faktı özündə əks etdirməklə yanaşı, Avstriya, Gürcüstan, İtaliya, Rusiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya, İsveç, Rumıniya və Latviyadan təcrübəli mütəxəssisləri cəlb etdi. Nazir müavini Azərbaycanda keçiriləcək 2015-ci il Avropa Oyunlarının yaxınlaşdığını və bu sahənin qarşısında duran bir sıra ciddi məsələlərin həlli üçün nəqliyyat işçilərinin məsuliyyət daşıdığını vurğuladı.

Builki sərginin fərqi xarici eksponentlərin fəal iştirakından ibarətdir, belə ki, bu il onlar öz sahələrini xeyli genişləndirmişlər və bütün iştirakçıların 50%-ni təşkil etdilər. Müsbət amillər arasında həm də yük daşımaları sektorunda iştirakçı şirkətlərin sayca artmasını qeyd etmək lazımdır. Tədbir öz aktuallığı ilə seçilir və ziyarətçilərin, o cümlədən bu sahənin xeyli sayda mütəxəssisinin diqqətini cəlb edir. Sərginin ən mühüm məsələlərindən biri tranzit sahəsində bizim ölkənin əlverişli imkanlarının uğurlu nümayişi və dövlətimizin strateji tərəfdaş kimi cəlbediciliyi ilə əlaqədardır. Kommersiya şirkətləri ilə yanaşı sərgidə həm də dövlət nəqliyyat strukturları - "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", Dövlət Avtomobil Xidməti iştirak edir.

Əgər sərginin tematik bölmələrini nəzərə alsaq görərik ki, "TransCaspian-2014" sərgisi nəqliyyat / loqistika xidmətlərinin və informasiya texnologiyalarının bütün istiqamətlərini özündə ehtiva edir. Sərgidə nəqliyyat avadanlığının sığortası və lizinqi haqqında ətraflı məsləhət almaq, perspektivli investisiya proqramları və yüklərin gömrük sənədləşdirməsinin nüansları ilə tanış olmaq mümkündür.

Sərgidə dəmiryol nəqliyyatına, dəniz və çay limanlarına, aeroportlara, kuryer çatdırmasına və gəmiqayırmaya həsr olunan ekspozisiyalar məqsədəuyğun şəkildə maliyyə və gömrük xidməti təklifləri ilə tamamlanmışdır. Burada yük emalı mərkəzlərini, dəmiryol avtomatikası və telemexanikasını, habelə naviqasiya və monitorinq sistemlərini nümayiş etdirən stendlər diqqət cəlb edir. Sərgi Böyük İpək Yolu çərçivəsində bir neçə nəqliyyat növü vasitəsilə yükdaşıma xidmətləri göstərən şirkətlərlə tanış olmağa, Bakı, Aktau və Türkmənbaşı limanları arasında ən sərfəli yük daşıma marşrutlarını nəzərdən keçirməyə, dəmiryol nəqliyyatı vasitələrinin istehsalçıları ilə görüşməyə və s. kömək edəcək. Bu gün isə dəmiryol sektorunun mütəxəssisləri üçün "PM Reyl" şirkəti seminar keçirəcək.

Bu layihə üzərində işə "ITE Group Plc" şirkətinin tərəfdaşlar şəbəkəsi - "ITE London", "EUF" (Türkiyə), "GIMA" (Almaniya) və "ITE Gulf" (Dubay) şirkətləri cəlb olunublar və onlar beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edirlər. 2014-cü ildə keçirilən bütün sərgilərin rəsmi tərəfdaşları "JW Marriott Hotel Absheron Baku" və "Qafqaz Point Hotel" mehmanxanaları (rəsmi otellər), eləcə də "Greenwich Travel Club" (rəsmi turoperator) və "SafeLife" (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) şirkətləridir. "TransCaspian-2014" sərgisinin sponsoru isə "Stadler Rail Group" şirkətidir.





BİZƏ QOŞULUN!
ROAD & TRAFFIC
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Road & Traffic
Baş xəbərlər
SPONSOR





RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  27/07/2021 28/07/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek