Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

15.06.2013 16:54

“TransCaspian 2013”: Ekspozisiyalarin səmərəliliyi və əməkdaşliq strategiyasi

Bu gün Bakı Ekspo Mərkəzində “TransCaspian 2013” 12-ci Beynəlxalq “Nəqliyyat, Tranzit və Loqistika” sərgisi öz işini başa vurur. Öz aktuallığı ilə diqqəti cəlb edən sərgi həm iştirakçıların, həm də sahə mütəxəssislərinin böyük qisminin təqdirini qazandı. Tədbirin təşkilatçıları qismində ənənəvi olaraq “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkəti çıxış edirlər.

“TransCaspian 2013” sərgisi əsas vəzifəsini layiqincə yerinə yetirərək tranzit sahəsində ölkəmizin əlverişli imkanlarını və strateji tərəfdaş kimi cəlbediciliyini uğurla nümayiş etdirdi. Ötən il ilə müqayisədə ekspozisiya sahəsini 20% genişləndirərək dünyanın 15 ölkəsindən 70 şirkəti bir araya gətirən builki sərginin fərqləndirici cəhəti isə öz meydançalarını nəzərəçarpacaq dərəcədə genişləndirərək iştirakçıların 50%-ni təşkil edən xarici eksponentlərin fəal iştirakı oldu.

Sərginin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini Musa Pənahov qeyd etdi ki, Qafqazda mühüm nəqliyyat forumu hesab olunan “TransCaspian 2013” sərgisi bütün Azərbaycanın infrastrukturunun inkişafına xidmət edir.

Hər bir sərginin funksionallığını iştirakçıların işgüzar münasibətləri və əməkdaşlığa olan maraqları sayəsində təmin olunur. “TransCaspian 2013” sərgisinin səmərəliliyi isə jurnalistlərin də qeyd etdikləri kimi, tədbirin elə ilk günü səhər saatlarından etibarən müşahidə olunan çoxsaylı işgüzar əlaqələrlə sübut olunur. Belə ki, sərgi iştirakçılarının tərkibini təhlil edən yerli sahibkarlar dərhal bir çox xarici eksponentlə işgüzar əlaqələr yaratdılar.

Öz aktuallığı ilə iştirakçıların təqdirini qazanmış “TransCaspian 2013” sərgisi iqtisadiyyatın bu sektorunun sürətli inkişafına əsaslanan nəqliyyat sənayesinin müasir təmayüllərini əks etdirdi. Bir çox eksponentin “TransCaspian” sərgisinə yenidən qatılmaq istəyi də təsadüfi deyil, belə ki, təcrübəli sahibkarlar bu forumun təcrübə mübadiləsi və bazarın marketinqi, habelə perspektivli biznes-görüşlər və uzunmüddətli işgüzar əlaqələr baxımından yaxşı imkan olduğunu layiqincə qiymətləndirdilər. Ölkə üçün strateji layihələrin reallaşdırılmasının əhəmiyyəti Bakı Ekspo Mərkəzinin pavilyonlarında yeni məna qazanır. Burada dəmiryol və avtomobil yolu nəqliyyatı, dəniz və quru ilə daşımalar, liman avadanlıqları, neftin nəqli, naviqasiya və monitorinq sistemləri geniş formatda təqdim olunurdu.

Ekspozisiyanın əyaniliyi, layihələrin elmi-texniki təchizat spektri, avadanlıq və xidmətlərin sınaq təqdimatı şübhəsiz ki, stendlərdə fəaliyyət üçün əlverişli şərait yaratdı. Regional infrastrukturun inkişafı ilə peşəkar şəkildə bağlı olan sərgi iştirakçılarının əksəriyyəti birgə müəssisələrin yaradılmasına, habelə investisiya layihələri, texnologiya və avadanlıqların təşviqinə xüsusi diqqət yetirirdi.

Hazırda Azərbaycanın yol-tikinti bazarı bir çox strukturun diqqətini cəlb edir, çünki qarşıdan gələn 2015-ci il Olimpiya Oyunlarına qədər bütün nəqliyyat layihələrini başa çatdırmaq, eləcə də əsas magistral yolları inşa və bərpa etmək planlaşdırılır. Bu məsuliyyətli fəaliyyət nəhəng resurslar və ciddi layihələrin reallaşdırılması ilə bağlıdır. Həm ölkədaxili, həm də ölkə hüdudlarından kənara çıxan magistral yollar artaraq genişlənir və müasir keyfiyyət, nüfuz və dizayn standartı qazanır. Bu da həm yerli inşaatçı və layihəçilərin, həm də özlərini əla tərəfdaş kimi sübut etmiş müxtəlif xarici şirkətlərin göstərdikləri xidmətlərin nəticəsidir. Bu faktı sübut edən “TransCaspian 2013” sərgisi Avstriya, Gürcüstan, İtaliya, Rusiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya, İsveç, Rumıniya və Latviya kimi ölkələrin təcrübəli mütəxəssislərini cəlb etməyə müvəffəq oldu.

Təsis edildiyi vaxtdan bəri sərgi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir və “TRASEKA” (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsi ilə sıx əməkdaşlıq edir. Sərgiyə həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“AZPROMO”) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstək göstərilir.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
ROAD & TRAFFIC
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Road & Traffic
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  30/11/2022 01/12/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek