Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

14.06.2013 15:59

İri idxal və ixrac şirkətləri ilə işgüzar əlaqələr axtarışındayıq!

Mehriban İmanova, “ABA Company” şirkətinin Baş meneceri:

“ABA Company” nəqliyyat şirkəti quru və dəniz yolları ilə beynəlxalq yükdaşıma sahəsində xidmətlərin göstərilməsi üzrə ixtisaslaşır. Təhlükəsiz təchizat şəbəkəsinin təmin olunması ilə yanaşı, şirkətimizin məqsədi yüksək keyfiyyətli xidmət göstərmək və müştəri tələbatlarını ən qısa zamanda ödəməkdir. Biz Skandinaviya, Qərbi və Cənubi Avropa ölkələrinə, eləcə də İran və MDB ölkələri istiqamətində yükdaşıma xidmətlərini həyata keçiririk.

Beynəlxalq yükdaşıma sahəsində novatorçu və təcrübəli peşəkar kollektivimiz qarşılıqlı ünsiyyətin əhəmiyyətini də nəzərə alır. Bu, bizim iştirakçı qismində Beynəlxalq “Nəqliyyat, Tranzit və Loqistika” sərgisində ilk iştirakımızdır. Bundan başqa, biz gələcəkdə “Caspian Oil&Gas” sərgisində də iştirak etməyi planlaşdırırıq. Bizi hər şeydən əvvəl iri idxal və ixrac şirkətləri maraqlandırır və biz onlarla tərəfdaşlıq münasibətləri quracağımıza ümid bəsləyirik. Stendimizdə şirkətin bütün xidmət çeşidi, habelə məlumat xarakterli bukletlər və flayerlər təqdim olunur. Burada bizim mütəxəssislərimizlə görüşmək və işgüzar danışıqlar aparmaq mümkündür.

Sərginin elə ilk iş günündə iştirakçılar və qonaqlar bizə maraqlı işgüzar təkliflər verdilər və biz həmin təklifləri çox diqqətlə nəzərdən keçirəcəyik. Biz ekspozisiyanın nəticələri əsasında işgüzar tərəfdaşların və müqavilələrin xeyli artacağına şübhə etmirik.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
ROAD & TRAFFIC
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Road & Traffic
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  30/11/2022 01/12/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek