Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

27.02.2012 15:34

Yanvarda Azərbaycanda dəmir yolu ilə yükdaşıma 18% artıb

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar ayı ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2 mln. ton yük daşınıb ki, bu da ötən ilin analoji ayına nisbətən 17,6% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, orta hesabla sutkada 653 vaqon yüklənib, 535 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 27,6 min ton, Qərb istiqaməti üzrə 5,1 min ton və Cənub istiqaməti üzrə 2,8 min ton yüklənmə işi yerinə yetirilib.

Bununla yanaşı, hesabat dövründə dəmir yolu nəqliyyatında yük dövriyyəsi 703 mln. ton/km təşkil edib ki, bu da 2011-ci ilin ilk ayı ilə müqayisədə 6,8% çoxdur.

Sözügedən nəqliyyat vasitəsilə sərnişindaşımasına gəldikdə isə, yanvar ayında dəmir yolu nəqliyyatı ilə 305 min sərnişin daşınıb. Bu da ötən ilin analoji dövrünə nisbətən 9,1% azdır.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
ROAD & TRAFFIC
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Road & Traffic
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  27/09/2022 28/09/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek