Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

14.06.2013 15:54

Elə ilk nəticələr bütün ümidlərimizi artıqlaması ilə doğrultdu!

Yuriy Jilin, “Konecranes” şirkətinin Satış üzrə meneceri:

– “Konecranes” şirkəti yükqaldırma avadanlıqlarının işlənib hazırlanması və istehsalı sahəsində dünya lideridir. Biz 80 ildən artıqdır ki, etibarlı yükqaldırma avadanlıqlarını və servis xidmətlərini təklif edirik və sənayenin bütün sahələrində müəssisənin səmərəliliyini, eləcə də məhsuldarlığını artırmağa çalışırıq. Şirkətlər qrupu “Lifting Businesses” ticarət markası altında istehsal və emal sənayelərini, gəmiqayırma zavodlarını, habelə liman və yük terminallarını təmsil edən çoxsaylı sifarişçilərə xidmət göstərir. Şirkətimizin 50-dən çox ölkədə nümayəndəliyi var və əməkdaşlarımızın ümumi sayı 12.000-dən artıqdır.

Şirkətimiz “TransCaspian 2013” sərgisində ilk dəfə iştirak edir. Burada biz zəncirli telferlərdən tutmuş gəmiqayırma kranlarına qədər ən müxtəlif liman və gəmiqayırma avadanlıqlarını təqdim edirik. Azərbaycanda artıq “Baku Shipyard” şirkətində bir neçə gəmiqayırma kranı, “BP” şirkətinin platformalarında ağır yükləmə qurğuları və s. texnikalarımız istismar olunur. Bir müddət sonra biz burada öz nümayəndəliyimizi açmağı planlaşdırırıq.

Ekspozisiyanın ilk günü bizim üçün kifayət qədər məhsuldar keçdi, belə ki, biz Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və “Azərbaycan Dəmir yolları” QSC-nin nümayəndələri ilə işgüzar görüşlər keçirdik. Bu gün, yəni sərginin ikinci iş günündə yeni tikilən beynəlxalq dəniz limanının məsul şəxsləri ilə danışıqlar planlaşdırılıb. Bu nəticələr bizim ümidlərimizi artıqlaması ilə doğruldub və biz ümidvarıq ki, sərginin nəticələri əsasında yeni müqavilələr və razılaşmalar əldə olunacaq.

 

bütün xəbərlər





BİZƏ QOŞULUN!
ROAD & TRAFFIC
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Road & Traffic
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  27/09/2022 28/09/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek