Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

14.06.2013 11:58

Yeni elektrovozlar Azərbaycanda da istismar oluna bilər!

Aleksey Patsko,

“Alstom” şirkətinin MDB ölkələrində biznesin inkişafı üzrə direktoru:

– Fransanın iri maşınqayırma şirkəti olan “Alstom” dəmiryol nəqliyyatının istehsalı sahəsində dünya liderlərindən biridir. Rusiyada bu şirkət hərəkət heyətinin (vaqonların) aparıcı istehsalçısı - “Transmaşholdinq” QSC ilə fəal şəkildə əməkdaşlıq edir.

Sərgi stendimizdə şirkətin fəaliyyəti haqqında çoxlu məlumat, habelə bir neçə innovasiya, o cümlədən hərəkət heyəti (vaqonlar) üzrə ən son təkmilləşdirmələr təqdim olunur. Belə ki, “KZ8” markalı elektrovoz ötən il layihə kimi sərgilənsə də, bu gün artıq Qazaxıstanın dəmir yollarında istismar olunan hazır məhsuldur. Biz ümid edirik ki, “TransCaspian-2013” sərgisindən sonra bu elektrovoz “AZ8” markası altında Azərbaycanda da istismar olunacaq, çünki ölkənizdə dəmir yollarının müasirləşdirilməsi kifayət qədər fəal surətdə həyata keçirilir. İstənilən halda, əgər müvafiq tender elan edilərsə, bizim şirkət həmin tenderdə iştirak edəcək.

Onu da qeyd etmək istərdim ki, şirkətimiz artıq üçüncü dəfədir ki, “TransCaspian 2013” sərgisində eksponent qismində iştirak edir və həmişə olduğu kimi, bu dəfə də bizim böyük stendimiz var. Biz burada öz potensial sifarişçilərimizi, o cümlədən Bakı Metropoliteni, Azərbaycan Dəmiryolları İdarəsini, habelə bizimlə münasibət qurmaq istəyən digər təşkilatları qəbul etməyə şadıq. Adətən, sərgilərdə baş tutan bu cür görüş və tanışlıqlar gələcəkdə qarşılıqlı faydalı əməkdaşlıqla və müqavilələrin imzalanması ilə nəticələnir.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
ROAD & TRAFFIC
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Road & Traffic
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  27/09/2022 28/09/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek