Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

16.04.2013 18:43

Azərbaycanın şimal bölgəsində yeni aeroport tikiləcək

Azərbaycanın şimal bölgəsində yeni aeroportun tikintisi üçün araşdırma işlərinə başlanılıb.
Bu barədə «APA-Economics»ə Quba rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidov bildirib.
Onun sözlərinə görə, hava limanı şimal bölgəsi üçün həm turizm, həm də xarici sərmayələrin yatırılması baxımından mühüm əhəmiyyət daşıyacaq.
İcra başçısının müavini bildirib ki, hələlik aeroportun Quba ərazisində inşası dəqiqləşməyib və bununla bağlı araşdırmalar qonşu Xaçmaz, Siyəzən və Şabranda da aparılır. Qubada isə yeni hava limanı Qubanın Dəlləkkənd, Ağbil və Vladimirovka kəndlərini əhatə edəcək ərazilərdə inşa edilə bilər.
Y.Abidov bildirib ki, hava limanının tikintisi üçün təqribən 500-600 hektar ərazi tələb olunur: «Bu ərazi çay kənarında yerləşməlidir ki, tikinti işlərində buradakı tikinti materiallarından da istifadə oluna bilsin, eyni zamanda bağlara zərər vurulmasın. Quba rayon İcra Hakimiyyəti hava limanının tikintisi baxımından məqbul sayılan əraziləri Bakıdan gələn mütəxəssislərə təqdim edib. Bu mənada Qubada hava limanının tikintisi üçün Qudyalçayın sahili daha məqbuldur. Həmin ərazilərdə torpaq nümunələri alınaraq ekspertizaya göndərilib. Bir neçə gündür ki, Qubaya səfərə gələn mütəxəssislər artıq Qubanın bir neçə kəndini əhatə edən böyük bir ərazidə baxış keçirir və özüllər qazılır».

APA

bütün xəbərlər





BİZƏ QOŞULUN!
ROAD & TRAFFIC
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Road & Traffic
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  29/01/2023 30/01/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek