Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

13.02.2013 10:02

Avtomobillərin idarəsində yeni qayda

Azərbaycanda istifadə olunan avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri təkmilləşdiriləcək.
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, nazirlikdə Azərbaycanın ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanıb.
Belə avtomobillərin istifadəsi ilə bağlı ödənişlərin məbləği də dəyişəcək. Belə ki, nazirlik Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin müəyyən edilməsi ilə bağlı da təkliflər hazırlayıb. Qeyd edək ki, 2012-ci ildə İnzibati Xətalar Məcəlləsinə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına dair maddə əlavə edilib.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
ROAD & TRAFFIC
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Road & Traffic
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  27/09/2022 28/09/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek