Baş xəbərlər21.11.2012 14:51 Bakı gəmiqayırma zavodunun tikintisi uğurla davam etdirilir
Zavoda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqaztikinti” Tresti tərəfindən inşa olunur. AzərTAc xəbər verir ki, layihənin strateji əhəmiyyətini nəzərə alaraq Trestin tabeliyində yeni struktur - Sənaye Tikinti İdarəsi yaradılmışdır. İdarə zavodun sənaye və mülki tikinti işləri ilə məşğul olur. Bundan başqa, layihə üzrə hazırlıq işlərinə “Neftqaztikinti” Trestinin yol tikinti-təmir idarəsi də cəlb olunmuşdur. Bu günədək yol tikinti təmir idarəsi tərəfindən Güzdək daş karxanasından 605 min kvadratmetr but daşı daşınmış, xırdalanıb və 50 hektar sahəyə yayılaraq kipləşdirilmişdir. Betona olan tələbatı ödəmək üçün trest tərəfindən beton qurğusu tikilib istifadəyə verilmişdir. Ərazidə materialların saxlanması üçün üstüörtülü anbar, rəngləmə sexləri və metal konstruksiyaların hazırlanma sexi inşa olunur. Hazırda metal-konstruksiya işləri yerinə yetirilir. Bundan başqa, zavod üçün beşmərtəbəli inzibati bina, təlim mərkəzi, sifarişçi, təchizatçı, topoqraflar üçün ofis, mexaniki emalatxana, təmir emalatxanası, elektrik emalatxanası, yeməkxana, soyunub-geyinmə otağı, tibb məntəqəsi, kompressor binası, oksigen anbarı, 3 ədəd karbon dioksid anbarı, eyni zamanda, Bakı gəmiqayırma zavodunun elektrik təchizatının etibarlı təminatı üçün yarımstansiya binaları tikilir. Bütün inşaat işləri cədvələ uyğun davam etdirilir. Obyektin tərkibində olan ötürücü sahənin betonlanması işləri də uğurla icra olunur. Bakı gəmiqayırma zavodunun tikintisinin icrasına 1500 nəfərə yaxın işçi cəlb olunmuşdur. Tikinti işlərinin gələn ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur.
bütün xəbərlər
|
|
|
 |
 |
|
29/01/2023 |
30/01/2023 |
|
USD |
1.7
|
1.7
|
|
EUR |
1.8968
|
1.8968
|
|
GBP |
2.1937
|
2.1937
|
|
RUR |
0.0264
|
0.0264
|
|
|