Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

09.08.2012 10:13

Azərbaycanın nəqliyyat sektorunda orta aylıq əmək haqqı son bir ildə 13% artıb

Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Bu ilin birinci yarısında Azərbaycanda nəqliyyat müəssisələrində işləyən 66,7 min muzdlu işçinin 75,8%-i dövlət müəssisələrində, 24,2%-i özəl bölmədə çalışıb.

Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, işçilərin 54,8%-i yerüstü və boru kəməri, 15%-i su, 7,9%-i hava nəqliyyatı, 22,4%-i isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşib.

Hesabat dövründə ötən ilin analoji dövrü ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 12,7% artaraq 483 manat olub. Bu göstərici hava nəqliyyatında 989 manat, dəniz nəqliyyatında 667 manat, avtomobil nəqliyyatında 435,6 manat, dəmir yolu nəqliyyatında isə 214,6 manat təşkil edib. Əmək haqqı dəniz nəqliyyatında 20,9%, dəmir yolu nəqliyyatında 10,3%, hava nəqliyyatında 10%, avtomobil nəqliyyatında isə 1,3% artıb.

Bununla yanaşı, 2012-ci ilin ilk yarısında informasiya və rabitə müəssisələrində işləyənlərin sayı 25,5 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 6,9% artaraq 615,8 manat olub.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
ROAD & TRAFFIC
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Road & Traffic
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  27/09/2022 28/09/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek