Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

14.06.2012 16:23

Qəbula görə minnətdarlığımızı bildiririk!

Viktor Rupp, Şərqi və Cənubi Avropa, Rusiya və Mərkəzi Asiya ölkələrində dəmir yolunun elektrikləşdirməsi sahəsində bazarın inkişafı üçün məsul regional menecer, “Siemens” şirkəti

“Siemens” şirkəti dünyanın 150-dən çox ölkəsində, o cümlədən artıq bir neçə onillikdir ki Azərbaycanda da tanınır. Yəqin ki, “Siemens” şirkətinin təmsil olunmadığı ölkələrin adlarını çəkmək daha asan olardı. Əksər insanlar “Siemens” şirkətini məişət texnikasının, yəni paltaryuyan maşınlar, ütülər, çaydanlar və telefonların istehsalçısı kimi tanıyır. Lakin yaddan çıxarmaq olmaz ki, “Siemens” şirkətinin əsas fəaliyyət sahəsi iri energetika, infrastruktur və sənaye layihələridir.

İndiyədək Azərbaycanda əsas diqqət ölkədə neft sənayesinin canlanması ilə əlaqədar olaraq energetikaya yetirilirdi, lakin son illərin hadisələri ona dəlalət edir ki, ölkə Prezidenti Zati-aliləri İlham Əliyev infrastrukturu inkişaf etdirmək və iqtisadiyyatda ən yeni texnologiyaları tətbiq etmək üçün xarici şirkətlərin və mütəxəssislərin cəlb edilməsinə xüsusi diqqət yetirir.

Hazırda “Siemens” şirkəti “ATEF” şirkəti ilə Bakı-Tbilisi dəmir yolunun Azərbaycana aid hissəsinin sərhədinə qədər olan sahənin elektrikləşdirməsi üzrə birgə layihənin həyata keçirilməsinə hazırlaşır.

Biz bu sərgiyə ona görə minnətdarıq ki, onun sayəsində biz Azərbaycanda tətbiq olunmasına ümid bəslədiyimiz məhsulları nümayiş etdirmək imkanına malik olduq. Məqsədimiz isə budur ki, gələcəkdə bu gözəl ölkənin sakinləri Azərbaycanın müasir dəmir yolu xidmətlərindən bəhrələnərək Bakıdan Tbilisiyə və hətta daha uzağa - Ankaraya rahatlıqla səfər edə bilsinlər.

Biz bu tədbirin təşkilindən də çox razıyıq və qəbula görə minnətdarlığımızı bildirmək istəyirik. “ITECA” şirkətinin bizi dəvət edərkən göstərdiyi təkidi xüsusi ilə qeyd etmək istəyirik, belə ki, “ITECA” şirkəti sadəcə məktub səviyyəsində dəvətlə məhdudlaşmayaraq, dəvətnamənin bütün bəndlərinə - bütün sənədlərin rəsmiləşdirildiyinə, mehmanxanaların sifariş edilməsi qaydasının izah edilməsinə xüsusi diqqət yetirərək bizdə inam və arxayınçılıq hissi yaratdı.

Sərginin ilk iş günündə bizim stendi Azərbaycan Respublikasının nəqliyyat naziri ziyarət etdi və Azərbaycan şirkətləri ilə birgə əməkdaşlığı möhkəmləndirməyi məsləhət gördü. Bu isə bizim sərgidə iştirakımızın mühüm nailiyyətlərindən biridir.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
ROAD & TRAFFIC
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Road & Traffic
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  27/09/2022 28/09/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek