Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

23.01.2012 10:53

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Dəniz administrasiyasının yeni inzibati binasının açılış mərasimində iştirak etmişdir.

Dövlət Dəniz Administrasiyasının yeni inzibati binasının açılışı
2011-12-28

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Dəniz Administrasiyasının yeni 
inzibati binasının açılış mərasimində iştirak etmişdir
.

Ölkə həyatının bütün istiqamətlərində olduğu kimi, dənizçiliyin inkişafı sahəsində də son illər çox böyük nailiyyətlər əldə olunmuşdur. Azərbaycan dünyanın 170 dövlətinin qoşulduğu Beynəlxalq Dəniz Təşkilatının tam hüquqlu üzvüdür. Ötən dövrdə ölkəmiz bu təşkilatın dənizçilik sahəsində 20-dən artıq Beynəlxalq konvensiyasına qoşulmuşdur. Dövlət Dəniz Administrasiyası gəmiçilik sahəsində fəaliyyət göstərən müəssisələr, təşkilatlar və Azərbaycanın dövlət bayrağı altında üzən gəmilər tərəfindən bu konvensiyaların tələblərinin yerinə yetirilməsinə nəzarət işini həyata keçirərək müvafiq sahədə böyük uğurların qazanılmasını təmin etmişdir.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq beynəlxalq səviyyədə dəniz dövlətləri sırasında və müvafiq beynəlxalq təşkilatlarda respublikamızın nüfuzunun daha da artırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etməkdədir. Dövlət Dəniz Administrasiyası qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin ölkəmizdə tətbiqinə xüsusi diqqət yetirir. Ölkəmiz bu sahədə çoxtərəfli əməkdaşlıq fəaliyyətini təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqının Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla da inkişaf etdirməkdədir. Dövlət Dəniz Administrasiyasının yeni inzibati binasının istifadəyə verilməsi dəniz nəqliyyatı sahəsində çalışan mütəxəssislərə göstərilən yüksək dövlət qayğısının nümunəsidir.

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov Prezident İlham Əliyevə raport verdi. 
Yeni inzibati binada yüksək şəraitin yaradıldığı qeyd olundu. Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü ucaldılmışdır, ümummilli liderin dəniz gəmiçiliyi sahəsində xidmətlərini əks etdirən fotolardan ibarət guşə yaradılmışdır.
Prezident İlham Əliyev burada Azərbaycan Respublikasının bayrağı altında üzən müxtəlif tipli gəmilərin maketləri ilə tanış oldu.

Sonra Azərbaycan Prezidenti Dövlət Dəniz Administrasiyasının inzibati binasında yaradılan Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi ilə tanış oldu.
Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verən Qüdrət Qurbanov bildirdi ki, bu mərkəz ölkəmizin qoşulduğu “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılıb. Milli Mərkəzin əsas funksiyaları Azərbaycan Respublikasının ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər əldə edilmiş məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və əlaqələndirilməsinin təşkili, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyniadlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsindən ibarətdir.

Mütəxəssislər uzaq məsafədən gəmilərin tanınması və izlənilməsi prosesini nümayiş etdirdilər. Qeyd olundu ki, Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarını qabaqlayır. Milli Mərkəzdə işə cəlb olunmuş mütəxəssislər xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçmişlər.

Mərkəz ilə tanışlıqdan sonra dövlətimizin başçısı inzibati binanın ayrı-ayrı otaqları, konfrans və iclas zalları ilə də tanış oldu.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
ROAD & TRAFFIC
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Road & Traffic
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  27/09/2022 28/09/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek