Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

12.06.2012 12:12

11-ci Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika sərgisi

İyun ayının 13-də “Bakı Expo” mərkəzində 11-ci Beynəlxalq “Nəqliyyat, Tranzit və Loqistika” (“TransCaspian-2012”) sərgisi öz işinə başlayacaq. Artıq 10 ildən çoxdur ki, “TransCaspian” sərgisi Azərbaycanın nəqliyyat-tranzit potensialından səmərəli istifadə olunmasına öz töhfəsini verməklə yanaşı, regionda nəqliyyat sənayesi mütəxəssislərinin məhsuldar əməkdaşlığına da kömək edir. Əsası qoyulduğu gündən etibarən, sözügedən sərgi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir və  “TRASEKA” layihəsi ilə sıx əməkdaşlıq edir. 2012-ci ildə keçirilən sərgilərin tərəfdaşları arasında “Azərfon” MMC, “Azərbaycan Hava Yolları” QSC (AZAL), “Greenwich Travel Club” şirkətləri, habelə “Hilton Baku” və “Caucasis Otel Point” mehmanxanaları var. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkətləri çıxış edirlər.

Bu il keçirilən sərgi ötən il ilə müqayisədə öz ekspozisiya ərazisini 25% genişləndirərək, dünyanın 15 ölkəsindən 70 şirkəti bir araya gətirəcək. Sərgi iştirakçılarının təqribən 40 faizini “TransСaspian” sərgisində öz məhsul və xidmətlərini ilk dəfə nümayiş etdirən şirkətlər təşkil edir. Bu il sərgi iştirakçılarının coğrafi tərkibi də genişlənib. Belə ki, təqdim olunan ölkələr arasında Azərbaycan, Almaniya, Gürcüstan, İtaliya, Latviya, BƏƏ, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Çexiya var. Xorvatiya isə builki sərginin debütantı olacaq. Eyni zamanda Latviya öz milli stendi ilə sərgidə ardıcıl olaraq ikinci ildir ki iştirak edir.

Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət nəqliyyat strukturları – Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycan Dəmir Yolları, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti öz stendlərində regionun aktual nəqliyyat layihələrini təqdim edəcəklər.

Sərgidə nəqliyyat sənayesində əldə olunan ən yeni nailiyyətlər, yerli və xarici şirkətlərin ən üstün texnologiya və avadanlıqları nümayiş olunacaq. Sərgi dəmiryol nəqliyyatı, yüklərin avtomobil yolu /dənizlə daşınması və neftin nəqli kimi sektorlar geniş təqdim ediləcək. Yükdaşıma sektorunu Almaniya, Gürcüstan, Rusiya və  Azərbaycandan olan şirkətlər təqdim edəcəklər. Beynəlxalq limanların fəal iştirakı isə “TransСaspian-2012” sərgisinin fərqli xüsusiyyətlərindən birinə çevriləcəkdir. Belə ki, sərginin ekspozisiyalarına Qara dəniz, Xəzər dənizi və Baltik dənizi limanları daxil olacaq ki, bunların da arasında Poti limanı, Batumi limanı, Liepaysk limanı, Ventspilssk azad limanı və Bakı Ticarət Limanı var.

Xorvatiya, Gürcüstan, Latviya və Azərbaycan Respublikalarından olan nəqliyyat strukturlarının yüksək vəzifəli nümayəndələrini fəxri qonaq qismində qəbul edən “TransCaspian” sərgisi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Beləliklə, “TransCaspian-2012” sərgisi bir çox limanların, hava limanlarının, dəmiryol vağzallarının, avtomobil yollarının və dəmir yolu nəqliyyatı müəssisələrinin, habelə iri nəqliyyat şirkətlərinin rəhbər və mütəxəssisləri, həmçinin nəqliyyat sənayesi avadanlıqlarının istehsalçıları  arasında təcrübə mübadiləsi aparmaq üçün beynəlxalq meydançaya çevriləcək. Bununla da “TransCaspian” sərgisi tam bir sənaye sahəsinin görüş yeri və qarşılıqlı əlaqələrin,
o cümlədən gələcək əməkdaşlığın katalizatoru kimi öz əhəmiyyətini bir daha təsdiq edəcəkdir.

Sərgi öz işini iyun ayının 15-nə kimi davam etdirəcək.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
ROAD & TRAFFIC
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Road & Traffic
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  30/11/2022 01/12/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek