Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

29.05.2012 18:12

TransCaspian-2012 dünyanın 15 ölkəsindən 70 şirkəti bir yerə toplayacaq

Bu il iyun ayının 13-dən 15-dək “Bakı Ekspo” mərkəzində Beynəlxalq “Nəqliyyat, tranzit və loqistika” (“TransCaspian-2012”) sərgisi keçiriləcək. Artıq 10 ildən çoxdur ki, “TransCaspian” sərgisi Qafqazda ən əhəmiyyətli nəqliyyat forumu kimi fəaliyyət göstərir və Azərbaycanın nəqliyyat-tranzit potensialının səmərəli istifadəsinə öz töhfəsini verməklə yanaşı, regionda nəqliyyat sənayesi mütəxəssislərinin məhsuldar əməkdaşlığına da kömək edir. Əsası qoyulduğu gündən etibarən, sözügedən sərgi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir və “TRACEKA” layihəsi ilə sıx əməkdaşlıq edir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkətləri çıxış edirlər.

Bu il sərgi Azərbaycan, Almaniya, Gürcüstan, İtaliya, Latviya, BƏƏ, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Çexiya da daxil olmaqla dünyanın 15 ölkəsindən 70 şirkəti bir yerə toplayacaq. Xorvatiya bu il ilk dəfədir ki, sərgiyə qatılır. Latviya milli stendi isə sərgidə ardıcıl olaraq ikinci ildir ki iştirak edir.

Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın əsas dövlət nəqliyyat strukturları – Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət Dəmiryolu İdarəsi, Azərbaycan Dövlət Dəniz Administrasiyası, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti də iştirak edirlər. Sözügedən qurumlar öz stendlərində aktual layihələri nümayiş etdirəcəklər.

Sərgidə dəmiryol nəqliyyatı, yüklərin avtomobil yolu/dənizlə daşınması və neftin nəqli kimi sektorlar geniş formatda təqdim olunacaq. Beynəlxalq limanların fəal iştirakı isə “TransCaspian-2012” sərgisinin fərqli xüsusiyyətlərindən birinə çevriləcəkdir. Belə ki, sərginin ekspozisiyasına Qara dəniz, Xəzər dənizi və Baltik dənizi limanları daxil olacaq ki, bunların da arasında Poti limanı, Batumi limanı, Liepaysk limanı, Ventspilssk azad limanı və Bakı Ticarət Limanı vardır. Yükdaşıma sektorunu Almaniya, Gürcüstan, Rusiya və Azərbaycandan olan şirkətlər təqdim edəcəklər.

Beləliklə, “TransCaspian-2012” sərgisi işgüzar danışıqların aparılması və qarşılıqlı faydalı müqavilələrin imzalanması üçün əla meydançaya çevriləcək.

 

 

bütün xəbərlər





BİZƏ QOŞULUN!
ROAD & TRAFFIC
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Road & Traffic
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  29/01/2023 30/01/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek