Sərgi haqqında3-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi
Azərbaycan dinamik inkişaf edən bir ölkədir. Son səkkiz il ərzində ümumi daxili məhsul 3 dəfə artıb. Ötən 10 il ərzində isə yol infrastrukturu sektoruna böyük sərmayələr yatırılıb və məhz bu sektor ən sürətlə inkişaf edən sektorlardan birinə çevrilib. Yeni yolların salınması və rekonstruksiyası, Bakı metrosu xətlərinin inkişafı, ictimai nəqliyyat parklarının kəmiyyət və keyfiyyət baxımından artması, Azərbaycanda nəqliyyatı intellektual idarəetmə sistemlərinin inkişafı - bütün bunlar “Yol infrastrukturu və Ictimai nəqliyyat” sərgisinin keçirilməsinin aktuallığına xidmət etmişdir. Cəmi ikinci il keçirilməsinə baxmayaraq, sözügedən sərgi artıq özünü yol infrastrukturu sahəsində regionun aparıcı hadisələrindən biri kimi tanıtmağa müvəffəq olub. “Yol infrastrukturu və İctimai nəqliyyat” sərgisi yol tikintisi, yol təhlükəsizliyi və ictimai nəqliyyat və informasiya texnologiyaları kimi sahələrin peşəkarlarını öz meydançasında bir araya gətirir.
SƏRGI BÖLMƏLƏRI
Yol İnfrastrukturu
- Yolların, körpülərin və tunellərin layihələndirilməsi və tikintisi
- Yol-inşaat texnikası və avadanlığı (qreyderlər, ekskavatorlar, yükləyicilər, pnevmatik və hidravlik alətlər, bordyur döşəyici maşınlar)
- Yol örtüləri (asfalt, beton, çınqıl), yol-tikinti materialları
- Yolların istismarı (yol təmizləyicilər, kötük dartma texnikası, tullantıların yükləmə texnikası, yol örtüklərin təmir və saxlanma avadanlığı)
- Tunel qazma maşınları və avadanlığı
- Yol tikintisində keyfiyyət nəzarəti
- Geoloji tədqiqatlar avadanlığı
- Geodeziya, geodeziya tədqiqatlar avadanlığı
- Xəritəçəkmə və Coğrafi İnformasiya Sistemləri (GİS)
- Yanacaqdoldurma stansiyalar və avadanlıqlar
- Dayanacaq sistemləri (yeraltı və yerüstü dayanacaqlar, turniketlər, kart oxuyucu sistemləri, avtomatlaşdırılmış ödəmə sistemləri)
- Hərəkətli çəpərlər
- Yolkənarı mebel (ictimai nəqliyyat dayanacaqları, skamyalar, zibil vedrələri, dirəklər)
- Yol işıqlandırılması
- Səs boğucu sistemləri
Nəqliyyatın intellektual idarə olunması sistemləri
- Gediş haqqı və sərnişin nəzarət sistemləri
- Yol hərəkətin intellektual nəzarət sistemləri
- Nəqliyyat vasitələrin tanıma sistemləri
- İctimai nəqliyyat üçün ekranlar
- Yol elektron monitorları
- Naviqasiya sistemləri
- İşıqforlar
- Radio rabitə sistemləri
- Yol təhlükəsizliyi və Nəqliyyat vasitələri simulyator sistemləri
İctimai Nəqliyyat
- Avtobuslar və minivenlər
- Taksilər;
- Su ictimai nəqliyyatı
- Tramvaylar
- İctimai nəqliyyat üçün ehtiyat hissələri (oturacaqlar, salon işıqlandırılması, audio-video sistemləri, təkərlər, tormoz sistemləri, elektrik sistemlər, kabinələr və banlar)
- Velosiped və motosikletlər üçün dayanacaq sistemləri
- Metropoliten - qatarlar, vaqonlar
- Metro stansiyalarının tikintisi və tikinti sistemləri
- İctimai Nəqliyyatda HVAC (havanın isitmə, ventilyasiya və soyutma sistemləri)
- İctimai nəqliyyata texniki xidmət: dispetçer mərkəzləri, depolar, avtoyuyucular, təmir kompleksləri;
- Əlil sərnişinlər üçün məhsullar və xidmətlər
- Liftlər və eskalatorlar
Yol təhlükəsizliyi
- Yol və siqnal nişanları
- Yol hasarları və toqquşma yumşaldıcı qurğular
- Konuslar
- Yol güzgüləri
- Texniki yardım nəqliyyat vasitələri
- Yol nişanlama maşınları və materialları
- İşıq qaytarıcı materiallar
- Buz aşkarlama vasitələri və qış istismarı
- Alkotesterlər
- İşıq və səs xəbərdarlıq sistemləri
- Yol örtülərinin müayinə vasitələri
- Sürətə nəzarət və ölçü cihazları
- Sürət azaltma qurğuları
- Uniformalar
Konsaltinq, Maliyələşdirmə, Təhqiqatlar və Təhsil
- İctimai nəqliyyatın lizinqi
- Yol infrastruktur proyektlərin maliyələşdirməsi
- Ali təhsil ocaqları
- Elmi təhqiqat institutları
- Yol təhlükəsizliyi üzrə treninglər
- Ətraf mühitin qorunması
- Tikintidə təhlükəsizliyin təminatı
- Keyfiyyətə nəzarət və Sertifikatlaşdırma
- Mütəxəssis assosiyasıyaları
- Sığorta
- KİV
Road and Traffic 2012 – rəqəmlər və faktlar
- İştirakçıların sayı – 118 (TransCaspian sərgisi ilə birgə)
- Peşəkar ziyarətlərin sayı – 1803
- İştirakçı ölkələr – 12



FOTOQALEREYA
|