Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







Bütün video xəbərlər ...

“TransCaspian 2013”: sənaye sahəsinin müasir nailiyyətləri

Bakı Ekspo Mərkəzində “TransCaspian 2013” 12-ci Beynəlxalq “Nəqliyyat, Tranzit və Loqistika” sərgisi öz işinə başladı. Tədbirin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkəti çıxış edirlər. Təsis edildiyi vaxtdan bəri sərgi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir və “TRASEKA” (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsi ilə sıx əməkdaşlıq edir. Sərgiyə həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“AZPROMO”) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstək göstərilir.

Sərginin açılış mərasimində Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini Musa Pənahov və “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov iştirak etdilər. Cənab M. Pənahov həm respublikada, həm də regional miqyasda nəqliyyat infrastrukturunun inkişafının əhəmiyyətini vurğuladı. “ - Hazırda Azərbaycanda beynəlxalq dəmiryol şəbəkəsi, Bakıda yeni hava limanı, Ələt qəsəbəsində isə beynəlxalq dəniz limanının tikintisi, habelə müasir gəmiqayırma zavodunun inşası kimi qlobal layihələr həyata keçirilir. Bu layihələr ölkənin artan potensialına və Azərbaycanın getdikcə güclənməsinə dəlalət edir. Ölkəmizin tranzit sahəsində əlverişli imkanlarını və strateji tərəfdaş kimi cəlbediciliyini qarşıdan gələn 2015-ci il Olimpiya Oyunları çərçivəsində nümayiş etdirmək vacibdir. Həmin vaxta qədər bütün nəqliyyat layihələrini başa çatdırmaq, eləcə də əsas magistral avtomobil yollarını inşa və bərpa etmək planlaşdırılır.”

Açılış mərasimində çıxış edən “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov isə qeyd etdi ki, bu il sərgi ötən il ilə müqayisədə ekspozisiya sahəsini 20% genişləndirərək dünyanın 15 ölkəsindən 70 şirkəti bir araya gətirib. İştirakçıların təxminən 40%-i “TransСaspian” sərgisində öz məhsul və xidmətlərini ilk dəfə təqdim edən şirkətlərdir. Builki sərginin fərqləndirici cəhəti isə öz meydançalarını nəzərəçarpacaq dərəcədə genişləndirərək iştirakçıların 50%-ni təşkil edən xarici eksponentlərin fəal iştirakıdır.

Sərgi üzrə “VIP”-tur çərçivəsində cənab M. Pənahov, habelə yüksək vəzifəli qonaqlar və KİV nümayəndələri nəqliyyat, tranzit və loqistika sahələrində öz innovasiyalı məhsul və xidmətlərini təklif edən sərgi iştirakçıları ilə tanış oldular. Artıq ilk dəqiqələrdən aydın olur ki, “TransCaspian 2013” sərgisi ölkə üçün mühüm strateji layihə olaraq təcrübə mübadiləsi, bazarın qiymətləndirilməsi, işgüzar görüşlərin keçirilməsi və yeni işgüzar əlaqələrin yaradılması üçün unikal imkan yaradıb. Rəngarəng stendlər nəqliyyat sahəsində müasir avadanlıqlar çeşidini, eləcə də nəqliyyat sektorunda qarşılıqlı əlaqələrin təşəkkül prosesini təqdim edir. Bütün bu perspektivli istiqamətlər builki sərginin ekspozisiyasında öz əksini tapır. Dəmiryol və avtomobil yolları nəqliyyatı, su və quru ilə daşımalar, limanlar, neftin nəqli, naviqasiya sistemləri və s. bölümlər sərgidə geniş şəkildə təqdim olunub. Gürcüstan, Rusiya, Azərbaycan, İsveç və Ukrayna şirkətləri layihələrin interaktiv təqdimatını həyata keçirirlər ki, bu da çoxsaylı qonaqların böyük marağına səbəb olur. Sərgidə “KAMAZ” markalı güclü texnikadan tutmuş ekskavatorlar, körpülərin inşası və tunellərin çəkilməsi, habelə beynəlxalq magistral müstəviyə çıxışa qədər ən müxtəlif məhsul və layihələr təqdim olunur. Xarici ekspozisiyaların tərkibinə Avstriya, Gürcüstan, İtaliya, Rusiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya, Rumıniya və Latviya kimi ölkələrin şirkətləri daxildir.

Kommersiya təşkilatları ilə yanaşı, sərgidə həmçinin Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dəmir Yolları, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti kimi Azərbaycanın dövlət nəqliyyat strukturları da iştirak edirlər.





BİZƏ QOŞULUN!
ROAD & TRAFFIC
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Road & Traffic
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  27/07/2021 28/07/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek