Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




Mətbuat açıqlaması

Bu il “TransСaspian” sərgisi yeni «Bakı Ekspo» Sərgi və Toplantı Mərkəzində regionun neft və qaz sahəsinin aparıcı tədbiri olan “Xəzər Neft və Qaz” sərgisi ilə birlikdə keçiriləcəkdir. Sözügedən sərgiyə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, TRACECA, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən rəsmi dəstək verilir. Böyük Britaniyanın “ITE Group PLC” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkəti bu sərginin təşkilatçıları qismində çıxış edirlər.

 

Azərbaycan, Almaniya, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan şirkətlər “TransСaspian 2010” sərgisində iştirak edəcəklər. Kommersiya təşkilatları ilə yanaşı, sərgidə ənənəvi olaraq Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin struktur bölmələri də iştirak edəcəklər. Sərginin əsas bölmələri bunlardır: avtomobil yol nəqliyyatı, neftin nəqli / boru kəmərləri, gəmiqayırma, yük ekspeditorları/yükdaşıma şirkətləri, dəniz nəqliyyatı, loqistika, dəmiryolu avadanlıqları, gömrük xidmətləri, yüklərin sığortası, yükləmə və boşaltma avadanlıqları və s. Azərbaycanın nəqliyyat infrastrukturunda geniş vüsət alan inşaat işlərini nəzərə alaraq, sərgidə “Volvo” dartıcı traktorları da daxil olmaqla ən geniş çeşiddə yol-inşaat texnikası təqdim olunacaq. Bundan əlavə, sərgidə metropoliten və dəmir yolu qatarları üçün sərnişin vaqonlarının ekspozisiyaları da təqdim ediləcək.

Bu gün Azərbaycanda ölkə daxili avtomobil yollarının tikintisi və rekonstruksiyası üzrə aktiv işlər həyata keçirilir. 2010-cu ildə bu layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur: “Bakı Buxtası dəniz körpüsü”, “Nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi” sistemi, Yevlax-Gəncə avtomobil magistralının rekonstruksiyası, Quba-Şamaxı avtomobil yolunun tikintisi, yeni lokomotivlərin alınması və s. Bundan əlavə, Azərbaycan TRACECA nəqliyyat dəhlizinin inkişafına yardım edəcək yeni Bakı – Tbilisi – Qars dəmir yolunun yaradılması layihəsində də iştirak edir. Cari ildə infrastruktur layihələrinin gerçəkləşdirilməsinə dövlət büdcəsindən 3 milyarda 192 milyon dollar ayrılacaq ki, bu da öz növbəsində dövlət büdcəsinin 2010-cu ildə əldə etdiyi gəlirlərin 25,5 faizini təşkil edir. Azərbaycan iqtisadiyyatının nəqliyyat sektorunun bu cür intensiv şəkildə inkişaf etməsi sərginin keçirilməsinin aktuallığını bir daha vurğulayır. “TransCaspian” sərgisi Qafqazda ən vacib nəqliyyat forumu olmaqla yanaşı Azərbaycanın nəqliyyat-tranzit potensialının səmərəli şəkildə istifadə edilməsinə öz töhfəsini verir və regionda nəqliyyat sektorunun mütəxəssisləri arasında qarşılıqlı fayda verən əməkdaşlığın qurulmasına yardım edir. press_releases
...





Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  29/01/2023 30/01/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek