Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




9-cu Beynəlxalq Nəqliyyat,
Tranzit və Loqistika Sərgisi

Press reliz


İyun ayının 1-dən 4-nə kimi, Azərbaycanın paytaxtı Bakı şəhərində 9-cu Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian 2010” Sərgisi yeni “Bakı Ekspo” sərgi və toplantı mərkəzində keçiriləcəkdir. Bütün beynəlxalq standartlara cavab verən yeni kompleksdə keçiriləcək sərgi, nəqliyyat sahəsinin geniş mütəxəssis dairələrinə müasir yükdaşıma texnologiyalarını təqdim etməyə imkan verəcək və həmçinin işgüzar mühit və təcrübə mübadiləsi üçün əlverişli şərait yaradacaqdır.

Sərgiyə rəsmi dəstək Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, “TRACECA” və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən göstərilir. Sərginin təşkilatçıları qismində Böyük Britaniyanın “ITE Group Plc” və onun tərəfdaşı olan “Iteca Caspian” MMC şirkətləri çıxış edirlər.

Sərgidə Azərbaycan, Böyük Britaniya, Almaniya, Litva, Polşa, Rusiya, Türkiyə və Ukraynadan olan 43 şirkət iştirak edəcəkdir. Sahəsinə görə sərginin artımı, ötən illə müqayisədə, 20% təşkil etmişdir. Yerli iştirakçıların sayı 60%-ə yaxındır. Debütant şirkətlər sərgi iştirakçılarının ümumi sayının 12%-ni təşkil edir. Kommersiya təşkilatları ilə yanaşı, sərgidə ənənəvi olaraq Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və həmçinin Azərbaycan Dövlət Dəmir Yolu, Dövlət Xəzər Dəniz Gəmiçiliyi, «AvtoNəqliyyatServis» və «AzerYolServis» kimi strukturlar iştirak edirlər.

Sərginin əsas bölmələri: yol nəqliyyatı, neftdaşıma/boru kəmərləri, gəmiqayırma, ekspeditorlar/daşıyıcılar, dəniz nəqliyyatı, loqistika, dəmir yolu avadanlığı, gömrük xidmətləri, yüklərin sığortalanması, yükləmə-boşaltma avadanlığı və s. Sərgidə Azərbaycan nəqliyyat infrastrukturu üzrə inşaat sahəsində artmaqda olan canlanmanın nəticəsi olaraq, içərisində “MAN” və “Scania” kimi brendlər təqdim olunan zəngin çeşidli yol inşaatı texnikası və dartıcılar, həmçinin digər ixtisas nəqliyyatı nümayiş etdiriləcəkdir. Bundan başqa, sərgidə metropoliten və dəmir yolu qatarları üçün sərnişin vaqonlarının ekspozisiyası təqdim olunacaqdır. Yeni paytaxt dəniz limanının inşa edilməsi ilə bağlı, sərgidə Azərbaycanda ilk dəfə olaraq limanlar üçün müasir avadanlıq təqdim edən şirkətlərdə iştirak edəcəklər. Ağır texnika ekspozisiyası “Bakı Ekspo Mərkəzi” kompleksinin açıq meydançasında yer alacaqdır.

2010-cu il sərgilərinin tərəfdaşları qismində “Pasha Sigorta”, “Azerfon”-“Vodafone”, “Caspel”, “Qafqaz Point Hotel” və “SIAR” şirkətləri çıxış edirlər. 2010-cu il sərgilərinin texniki tərəfdaşı olan “Caspel” şirkəti qonaqlara informasiya köşklərini təqdim edəcək və bu köşklər sayəsində qonaqlar sərgi və onun keçirildiyi yer haqqında faydalı informasiya əldə edə biləcəklər.

Azərbaycanda ölkə daxili avtomobil yollarının inşası və rekonstruksiyası üzrə fəal işlər aparılır. 2010-cu ildə aşağıdakı layihələrin həyata keçirilməsinə başlanacaq: “Bakı Buxtası dəniz körpüsü”, “Nəqliyyat əməliyyatlarının intellektual idarə olunması” sistemi, Yevlax-Gəncə avtomagistralın yenidən inşa edilməsi, Quba-Şamaxı avtomobil yolunun inşa edilməsi, yeni lokomotivlərin alınması və s. Azərbaycan həmçinin “TRACECA” nəqliyyat dəhlizinin inkişaf etməsinə yardımçı olacaq yeni Bakı-Tbilisi-Kars dəmir yolunun yaradılması layihəsində iştirak edir. Cari ildə infrastruktur layihələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən 3 milyard 192 milyon dollar vəsait yönəldiləcək ki, bu da 2010-cu il dövlət büdcəsi gəlirinin 25,5%-ni təşkil edir.

Azərbaycan iqtisadiyyatının nəqliyyat sektorunun bu cür səmərəli inkişaf etməsi sərginin keçirilməsinin aktual olduğunu vurğulayır. “TransCaspian” sərgisi Qafqazda çox mühüm nəqliyyat forum olmaqla, Azərbaycanın nəqliyyat-tranzit potensialının səmərəli istifadə olunmasına öz töhfəsini verir və bölgədə nəqliyyat sahəsi mütəxəssislərinin məhsuldar əməkdaşlığı üçün şərait yaradır


Məlumat üçün:

Sərginin keçirildiyi yerin dəyişilməsi ilə əlaqədar, qonaqların şəhərimizin bir sıra yerlərindən yeni kompleksə çatdırılması üçün ödənişsiz avtobuslar təşkil olunmuşdur. Nəqliyyat cədvəli ilə sərginin www.transcaspian.az saytında, həmçinin şəhərin bir çox otel və biznes mərkəzlərində tanış olmaq mümkündür.



Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  27/07/2021 28/07/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



TransCaspian Azerbaijan is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek